xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb

1-10-2020, 10:01 47 dəfə baxılıb

Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb


Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.

Onun sözlərinə görə, erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb: "Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi ziyan dəyib. Onlardan 80-i yaşayış evidir, qalan 17-si isə digər tikililərdir. Zərər dəyən evlərdən 20-si tam dağılıb, 60-ı isə qismən. Ermənilər Ağdamda 80 yerlik Təzəkənd orta məktəbini də atəşə tutublar. Yeni tikilmiş modul tipli məktəbin qapı və pəncərəsi dağılıb, məktəbə ciddi ziyan dəyib. Hadisə nəticəsində əhaliyə məxsus 22 baş mal-qara da tələf olub".

A.Əliyev bildirib ki, ermənilərin kəndləri hədəfə almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi var: "Əhali döyüşə hazırdır, evlərini təkr etmək fikrində deyil. Ağdam əhalisi Azərbaycan Ordusuna güvənir və onlara lazım olan dəstəyi verməyə hazırdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi