Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahir Qocayevin cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib.
İş üzrə dindirilən Mahir Qocayev bildirib ki, Ülviyyə Allahverdiyeva ilə 2012-ci ildə tanış olduqda sonuncu ona kirayə mənzil axtardığını deyib. Onu yaşadığı evə gətirib bacıları ilə tanış edib. Ülviyyə həyətdəki evlərin birində kiyarə qalmağa başladıqdan bir müddət sonra aralarında yaxın münasibət yaranıb. Onunla evlənmək istəyib. Lakin qızın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nigaha girə bilməyiblər. Mahirin sözlərinə görə Ülviyyə həmişə aqressiv olub hətta aralarında mübahisə olanda ona əl qaldırıb.
Hadisədən 3-4 ay əvvəl Ülviyyə oğlunu qoyaraq evdən çıxıb gedib. Mahir onun mobil telefonuna dəfələrlə zəng etsədə zəng çatmayıb.
Hadisədən 6 gün əvvəl isə Ülviyyə Mahirin bacısına zəng edib. Ondan niyə evə qayıtmadığını soruşduqda o əvvəl Gəncə şəhərində yaşadığını sonra Bakıda çayxanada ofisant işldiyini deyib.
Həmin gün saat 22:00 radələrində Mahir Ülviyyəni axtarmağa başlayıb. İki saatdan sonra onun kafelərdən birindən çıxdığını görüb yaxınlaşıb, ondan niyə evdən qaçdığını, kiminlə və harda qaldığını soruşub. Bu zaman Ülviyyə ona uca səslə kobud cavab verərək oradan uzaqlaşıb.
Oktyabrın 25-də Ülviyyə yenidən bacısının telefonuna zəng edəndə Mahir cavab verib. Ülviyyə ona taksi ilə yaşadıqları ünvana gələcəyini deyib. Bir qədər telefonda mübahisə etdikdən sonra qadın həmin ünvana çatıb. Mahir bayıra çıxıb qadına yaxınlaşıb və onun taksi ilə yox başqa şəxslə gəldiyini düşünüb.
Axırıncı dəfə kiminlə danışdığına baxmaq üçün qadının əlindəki mobil telefonu alıb. Bu vaxt Ülviyyə nə səbəbə görə telefonu aldığını deyib üstünə gəlib və onun ayağına təpiklə zərbə vurub.
Mahir onula danışmaq istəmədiyini deyib evə tərəf gedən zaman Allahverdiyeva sağ əlində saxladığı bıçaqla qarnına xəsarət yetirib.
Zərbədən sonra Mahir onun əlindəki bıçaqı alıb və bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib. Qadın yerə yıxılan zaman oda huşunu itirib. Özünə xəsarət yetirməsi yadında qalmayıb.
Məhkəmə prosesində Mahir Qocayev ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi və anası S.Allahverdiyeva heç bir şikayətinin olmadığını deyib. Himayəsində uşaq olduğundan məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Mahir Qocayevin əməli cinayət məcəlləsinin 120.2.4 (xüsusu amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə deyil, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunmalıdı.
Sonda məhkəmənin hökmü ilə 1994-cü il təvəllüdlü Mahir Qocayev qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.