xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qatil Lotu Qulinin son videosunu kimlərə göndərib?

25-08-2020, 09:34 113 dəfə baxılıb

Qatil Lotu Qulinin son videosunu kimlərə göndərib?


Türkiyənin Antalya şəhərinin Serik rayonundakı beşulduzlu otel və spa mərkəzində Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (Xan Bakinski) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.
Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.

Xəbər verildiyi kimi, Xaqan Zeynalov Lotu Qulini qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən Lotu Quli telefonla danışa-danışa dəhlizlə gedir, Xan Bakinski isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, Lotu Qulinin arxasındadır və hədəfi haqlayıb.

“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Xan Bakinskinin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.

Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.

Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə Lotu Qulinin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.

Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosua deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli oğru” statusunu daşıyan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında Lotu Quliyə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə qanuni oğruların şərəf kodeksini pozmuşdu… virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi