xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bakıda faciə: İşçilər öldü

12-05-2019, 15:31 127 dəfə baxılıb

Bakıda faciə: İşçilər öldü


Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub
Beş.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində "Azəristiliktəchizat" ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub.

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən "Rüzgar" kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb.

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq.

Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi