xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bakıda maska taxmayan sakin “Ölmək istəyirəm” deyib operatora hücum etdi – VİDEO

10-06-2020, 11:41 57 dəfə baxılıb

Bakıda maska taxmayan sakin “Ölmək istəyirəm” deyib operatora hücum etdi – VİDEO


Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.

“Xəzər Xəbər” bildirir ki, dəfələrlə xəbərdarlıq edilir və barələrində inzibati cəza tədbiri görülür. Ancaq nə fayda, hələ də müxtəlif bəhanələr gətirərək tibbi maskadan istifadə etməyən, koronavirus təhlükəsini heçə sayanlar var.

Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı yenə də tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.

Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupumuza da hücum edir.

Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.

İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər.

İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır. Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.

Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum oldu.

Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olundular. (baku.ws)

VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi