xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib

6-05-2019, 10:47 94 dəfə baxılıb

Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib


Salyan rayonunda məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan şəhərindən olan şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

***

Səhiyyə Nazirliyindən “Qafqazifo”ya verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

***

Salyan Mərkəzi Rayon xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, qəzada yaralanan şagirdlər travmatologiya şöbəsinə yerləşdirilib: “Yaralılar müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim müdaxiləsi edilir”.

***

Şirvan şəhər Gənclər və İdman İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, şəhərin Şahmat Məktəbinin direktoru Samir Əhmədov özü uşaqları yığaraq yarışa aparıb: “Bu səfər rəsmi olmadığı üçün şagirdlər haqda məlumatımız yoxdur. Samir müəllim özü də avtobusda olub, onunla əlaqə saxlaya bilmirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi