xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qapı-qapı düşüb pul yığırlar – Bakıda koronavirus fırıldaqçılığı – VİDEO

25-02-2020, 11:35 70 dəfə baxılıb

Qapı-qapı düşüb pul yığırlar – Bakıda koronavirus fırıldaqçılığı – VİDEO


Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.
ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, – dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:
“Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb “biz dezinfeksiya işi aparmağa gəlmişik” deyə bilməz, icazəsi yoxdur.
Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi