xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Nazirlik “Gilan”ı məhkəməyə verdi - “Jalə”nin bağlanması tələb edilir

21-11-2019, 12:35 53 dəfə baxılıb

Nazirlik “Gilan”ı məhkəməyə verdi - “Jalə”nin bağlanması tələb edilir


Ekologiya və Təbii Sərvətlər Nazirlliyi “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Jalə” istirahət mərkəzi ilə bağlı iddia qaldırıb.

Sumqayıt İnzibati-Qitisadi Məhkəməsinə müraciət edən ETSN tələb edib ki, holdinqə məxsus “Jalə” istirahət mərkəzi fəaliyyətini dayandırsın.

İşə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb və dünən qərar elan olunub. Qərarda qeyd olunub ki, iddia ərizəsi noyabrın 13-də daxil olub.

Lakin qanunvericiliyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Buna görə də məhkəmə nazirliyin sənədlərini geri qaytarıb və əlavə olunub ki, iddia ərizəsi elektron qaydada verildikdə, məhkəmədə baxılması mümkün olacaq.

Qeyd edək ki, bir müddət əvvəl ETSN ölkədə fəaliyyət göstərən iaşə obyektlərində monitorinqlər aparırdı. Bu yoxlamar zamanı “Jalə” istirahət mərkəzinin çirkab sularını Xəzər dənizinə axıtdığı aşkar olunub. Bu səbəbdən nazirlik məhkəməyə müraciət edərək istirahət mərkəzinin fəaliyyətinin dayandırılmasını tələb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi