xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"

18-06-2026, 12:14 2 dəfə baxılıb

Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"


"Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki həyat sizi yandırmasın. Son 2 ildir ki, mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım. Reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, blogerlər vəkillərdən çox pul qazanır" deyirdi".

Bu sözləri tanınmış vəkil Fərhad Mehdiyev yol qəzasında ölən qızı Zəhra Mehdizadə ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, qızının bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirmiş:

"Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.

Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə "pis ata", lap "abyuser" desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.

Siz onlara nəzarət etməsəniz "öz həyatım var, işlərim çoxdur" deyə bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.

Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.

Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur".

Qeyd edək ki, F.Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzası nəticəsində ölüb.

Zəhra Mehdizadənin idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi