xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 
  • 11:29 – İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib 
  • 11:25 – Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 
  • 20:59 – “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” 

Kadırov Ərdoğana səsləndi: “… İmkan verməyin”

16-05-2022, 10:28 140 dəfə baxılıb

Kadırov  Ərdoğana səsləndi: “… İmkan verməyin”


Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyənin Mariupoldakı “Azovstal” zavodundan Ukrayna hərbçilərini çıxarmaq planının yolverilməz olduğunu deyib.

“O, “Azov” alayını Donbas sakinlərinin qətlində günahkar olan faşist-nasist cinayətkar silahlı qruplaşması adlandırıb.

O deyib ki, həmin dəstə dinc əhalidən canlı qalxan kimi istifadə edərək Azovstalın zirzəmilərində saxlayırlar.

"Bu quldur təşkilatının Ukraynada və xaricdə üzvləri böyük İslam dəyərlərini təhqir edən və ümumilikdə İslam dinini ələ salan müntəzəm bəyanatları ilə tanınırlar", - Kadırov öz Telegram kanalında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm, azovilər qatil ateistlərdir, onları indi sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim etmək istəyirlər. Məhkəmə və layiqli cəzadan yayınmaq üçün köməyinizdən istifadə etmək istəyən cinayətkarların sizi aldatmasına imkan verməyin", - Kadırov bildirib.

Bundan əvvəl Türkiyə “Azovstal” zavodundan yaralı ukraynalı əsgərləri çıxarmaq üçün gəmi göndərməyi təklif edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, yaralı əsgərlər Berdyanska, oradan da Türkiyə gəmisi ilə İstanbula aparılmalı idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi