xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı

Bugün, 11:42 3 dəfə baxılıb

Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı


Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir.

Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub.

Heyq sonuncu dəfə Z.Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün əlaqənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və üç qızını aparıblar.

Məlumata görə, Zeynəbin anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini deyib.

Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub.

Keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.

Devid Heyq bildirib ki, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi prosedurlar başladılıb və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb.

Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı rəsmi açıqlama verilməyib."Qafqazinfo"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi