xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

DİN: Polis əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib

Dün, 10:51 4 dəfə baxılıb




Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, aprelin 21-də ölkə ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.

Görülən tədbirlər nəticəsində ümumilikdə 44 cinayət faktı açılıb, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin üstü isə polis əməkdaşları tərəfindən müəyyən olunaraq aydınlaşdırılıb. Axtarışda olan şəxslərin tutulması istiqamətində aparılan əməliyyatlar zamanı 125 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə bağlı 25 fakt aşkarlanıb, qanunsuz silah-sursatın saxlanılması və dövriyyəsi ilə əlaqədar isə 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq ailələrinə və aidiyyəti qurumlara təhvil verilib. Dələduzluq cinayətinə görə axtarışda olan 8 nəfər də əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Silah və sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində paytaxt və bölgələrdə 3 avtomat silahı, 1 pulemyot, 1 qumbaraatan, 2 tapança, 1 qumbara, 8 tüfəng, 6 patron darağı və 331 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 21 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

DİN-in məlumatına əsasən, qanunsuz dövriyyəyə qarşı mübarizə, cinayətlərin qarşısının alınması və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməliyyat və profilaktik tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi