xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DİN: Aprelin 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra cinayətlərin üstü açılıb, silah-sursat və narkotiklər aşkarlanıb

21-04-2026, 11:40 6 dəfə baxılıb



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 20-də ölkə ərazisində polis əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat və profilaktik tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində bir sıra cinayətlərin üstü açılıb, axtarışda olan şəxslər saxlanılıb, qanunsuz dövriyyədən silah-sursat və narkotik vasitələr çıxarılıb.

Belə ki, gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Aparılan əməliyyatlar nəticəsində ümumilikdə 138 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb, dələduzluqla bağlı axtarışda olan 6 nəfər isə istintaqa təhvil verilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 12 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə mübarizə istiqamətində keçirilən əməliyyatlar zamanı ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Qanunsuz silah-sursatın dövriyyədən çıxarılması istiqamətində aparılan tədbirlər zamanı 6 avtomat silah, 1 tapança, 2 tüfəng, 14 patron darağı və 430 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu istiqamətdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması məqsədilə nəzarət tədbirlərinin gücləndirildiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi