xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT

14-04-2026, 11:43 16 dəfə baxılıb

Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT


Gədəbəy rayonunda icra və probasiya sistemində ciddi korrupsiya faktı üzə çıxıb. Aliment və borc işləri üzrə vəsaitlərin mənimsənilməsi ilə bağlı vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2021–2025-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aliment və borc tələbləri üzrə şöbəyə daxil olan icra işləri ilə bağlı vətəndaşlardan “tələbkarlara çatdırmaq” adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıblar. Lakin həmin vəsaitləri təyinatı üzrə ödəmək əvəzinə dələduzluq yolu ilə mənimsəyiblər. Bundan başqa, onların rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verdikləri də istintaqla təsdiqini tapıb.

Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə həm polisin nəzarəti altına vermə, həm də vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.musavat.com

İş üzrə dəymiş maddi ziyanın böyük hissəsinin ödənildiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi