xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanda məktəb müəllimi həbs edildi - 168 minlik dələduzluq faktı

26-04-2021, 12:59 90 dəfə baxılıb

Azərbaycanda məktəb müəllimi həbs edildi - 168 minlik dələduzluq faktı


Prokurorluqda istintaq edilən cinayət işinin icraatına xitam verilməsi adı ilə vətəndaşın pulunu ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılmış H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi