xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

30 yaşınadək əsgərlikdən yayınan gənc həkim cəzalandırıldı

9-09-2025, 12:44 7 dəfə baxılıb

30 yaşınadək əsgərlikdən yayınan gənc həkim cəzalandırıldı


Ağsu rayonunda yaşayan 30 yaşlı həkim hərbi xidmətə çağırışdan yayınmaqda təqsirli bilinib.

modern.az məlumatına görə, gənc həkimin hərbi xidmətə çağırış möhlət hüququ 2024-cü ildə bitib.

Onun təhsilini başa vurduqdan sonra tibbi müayinədən keçməsi və hərbi xidmətə yollanması tələb olunub. Lakin həmin şəxs dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsinə çağırılsa da, müxtəlif bəhanələrlə getməyib.

Şöbə əməkdaşları onunla mütəmadi əlaqə saxlayıb, hətta ailə üzvlərinə də məlumat verilib. Amma o, hər dəfə müxtəlif səbəblər göstərərək müayinəyə gəlməyib.

Gəncə gəkim ifadəsində bildirib ki, rezidentura imtahanları və daha sonra aldığı topuq zədəsi səbəbindən çağırış vaxtında həkim komissiyasına getməyib.

Məhkəmədə gənc həkim özünü təqsirli bilmədiyini deyib və hərbi xidmət keçməyə hazır olduğunu vurğulayıb. Müdafiə tərəfi onun həkim kimi işlədiyini, sağlamlıq problemlərinin olduğunu və cəmiyyət üçün faydalı fəaliyyət göstərdiyini əsas gətirərək bəraət istəyib.

Lakin məhkəmə hesab edib ki, həkim qəsdən müxtəlif bəhanələrlə vaxtı uzadıb və nəticədə hərbi xidmətə getməkdən boyun qaçırıb. Nəticədə ona üç ay həbs cəzası verilib.

Qanuna əsasən, cəza şərti hesab edildiyindən, o, azadlıqda qalacaq. Altı ay sınaq müddəti müəyyən olunub. Bu müddətdə daimi yaşayış yerini icazəsiz dəyişməməli və müvafiq dövlət orqanlarına məlumat verməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi