xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi: Yeni qayda

1-07-2024, 11:53 3 dəfə baxılıb

Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi: Yeni qayda


2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hərbi xidmətə çağırışla bağlı yeni qaydalar müəyyənləşib. Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Hazırki qaydalara əsasən hərbi xidmətə çağırılan çağrışçılar ilkin olaraq hərbi komisarlıqlarda müayinədən keçirilir, digər zəruri hallarda isə müalicə müəssisələrində müqayinədən keçirdilər. Yəni nəticə olaraq şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiya qərar verirdi.

Bugündən etibarən isə Səfərbərlik xidmətinin hərbi həkim komissiyası bu qərarı verə bilməyəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.

Bu dəyişiklikdə məqsəd isə bu sahədə olan neqativ halların qarışını almaqdır.

Qeyd edək ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır. Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi