xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Həkim xəstənin bədənində qayçını unutdu — Gəncə şok hadisə - FOTO

14-01-2020, 15:17 106 dəfə baxılıb

Həkim xəstənin bədənində qayçını unutdu — Gəncə şok hadisə - FOTO


Gəncə şəhərində şok hadisə yaşanıb.
BAKU.WS verdiyi məlumata görə, həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəsəxanasında yırtıq və öd əməliyyatı edilib.

Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.

Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.
Laləzar Orucova BAKU.WS-in bölgə müxbirinə bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.
“Çox güman deyiblər ki, özəl xəstəxanadan məni əməliyyat edən Qafar həkim və onun köməkçisi Şəlalə xanıma bədənimdə qayçı qalıb.

Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən soruşduqda niyə anam əməliyyat edilib tamam başqa söz deyilib.
Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır".

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı məlumatı var.

"Bizdə məsələ ilə bağlı məlumat var.

Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir".



Həkim xəstənin bədənində qayçını unutdu — Gəncə şok hadisə - FOTO
Həkim xəstənin bədənində qayçını unutdu — Gəncə şok hadisə - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi