Əsl adı əvvəllər Anar olan, sonradan dəyişdirilərək Orxan qoyulan 33 yaşı gənc "Bizimləsən"də acı taleyi ilə bağlı tükürpədici açıqlamalar edib.
Milli.Az xəbər verir ki, Orxan verilişə doğma anasını axtarmaq üçün çıxıb.
O, illər öncə atasının qayınatasına zəng edərək qızının (Orxanın anasının) öldüyünü, cənazəsini aparmaq üçün evinə çağırdığını bildirib. Bu xəbərdən Gülqızın (Orxanın anası) ata evində hər kəs yeni ailə qurmış gənc qadının ölüm xəbərindən şoka düşüb. Gülqızın cənazəsi ata evinə gətirilməmişdən öncə onun üçün yas çadırı qurulub. Ata qızının ardınca gedəndə Gülqızın sağ olduğunu görüb. Ailə Bakıda yas üçün qurulan çadırda sevinclərindən toy edib. Orxanın anası ilə bağlı digər xatirələri studiyadakıları kövrəldib:
"Yadıma gəlir, mən uşaq vaxtı parnikdə quyuya düşmüşdüm. Anam mənə görə özünü o quyuya atmışdı. Hər halda məni istəməsəydi, özünü ora atmazdı. Zəhmətkeş qadın idi. Evdə semiçka qovurub satırdı. Babamın 3 otağı var idi, ən axırıncı otağı bizə vermişdi. Orada artıq nə olub, nə mübahisə, söz-söhbət olub bilmirəm. Ondan sonra məni gətirib əmim arvadına verdiyi yadımdadır. Ondan sonra anam yox olub. Anamın ad-soyadı Rzayev Gülqız gedir. Bu, ata soyadıdır. Atasının adı Rzadır. Atamın soyadı isə Novruzovdur. Ailə qurandan sonra dəyişib Novruzov olub".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.