xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - Video

24-04-2025, 10:41 3 dəfə baxılıb

“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - Video


Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan Nərmin Mehbalıyeva və övladı doğuş zamanı vəfat edib.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Vəfat edən qadının əri Bəhruz Mehbalıyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var: “Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur.

“102” qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…”

Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.

Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb:

“Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 03:00-da xəstənin qəfildən halı pisləşib. Bütün reanimasion tədbirlərə baxmayaraq, ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi