xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanda üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - Sakinlər köməksiz qalıblar (VİDEO)

27-06-2024, 10:42 3 dəfə baxılıb



İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.

"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.

"Hazırda üç kəndin - Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib".

Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.

O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.

"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.

Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.

Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi