xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Kartından 5 600 manatı belə oğurlatdı - Fotolar

31-05-2024, 11:36 2 dəfə baxılıb

Kartından 5 600 manatı belə oğurlatdı - Fotolar


Son vaxtlar Azərbaycanda hər gün onlarla kibercinayətkarlıq faktı qeydə alınır.

“Qafqazinfo” xəbər verir ki, internet üzərindən oğurluq, dələduzluq və digər cinayət hadisələri əsasən bank kartları vasitəsilə həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, təkcə mayın 29-da ayrı-ayrı vətəndaşların bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Məbləğlər – 11000, 230, 1300, 500, 300, 23, 480, 385, 1050, 907, 917, 5400, 50, 310, 42, 17, 280, 1042, 364, 1050, 2500, 544, 367 manat təşkil edib.

Kibercinayətin qurbanı olmuş İlham Yusifzadə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevin mövzu ilə bağlı sosial şəbəkədəki paylaşımının rəy bölməsində başına gələnlər barədə məlumat verib.

Hər kəsi diqqətli və ehtiyatlı olmağa çağıran İ.Yusifzadə kibercinayətkarların onun kartından 5 600 manat oğurladığını bildirib. İ.Yusifzadə baş vermiş hadisədə özünü günahkar bildiyini deyib və və dələduzların toruna düşdüyünü vurğulayıb.

O, başına gələn hadisə barədə skrinləri paylaşmaqla məlumat verib.

Belə ki, ilk olaraq feysbukda onun qarşısına “Kapital Bank” loqosu olan səhifə çıxıb. Bu saxta səhifədə bankın hansısa “möhtəşəm keşbek kampaniyası” keçirdiyi elan olunub.

Tora düşən sosial şəbəkə istifadəçisindən qeyd edilən xanaları doldurmaq tələb edilib.

Bu elanın mötəbərliyinə inanan İ.Yusifzadə tələb olunan bütün məlumatları verib.

Bundan sonra bank kartından pulların çıxarılaraq digər karta köçürülməsi barədə elektron qəbz alıb.

İlham Yusifzadə bildirib ki, onun “Kapital Bank”a sualı yaranıb. “Maraqlı olan budur ki, pulun 50 faizdən artığını nağdlaşdırmağa icazə verməyən “Kapital Bank” 100% nağlaşdırmaya necə icazə verdi? Pulun köçürüldüyü kart “Kapital Bank” kartıdır”.

Törədilmiş bütün cinayət faktları ilə əlaqədar polis tərəfindən araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi