xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Azərbaycanda 15 dərəcə şaxta olub — FAKTİKİ HAVA

22-11-2019, 12:24 71 dəfə baxılıb

Azərbaycanda 15 dərəcə şaxta olub — FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 21-i gündüzdən 22-si səhərədəkölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar,Sabirabad, İmişli, Göyçay,Cəfərxan,Zərdab,Yevlaxda 1mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.
Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib.

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi