xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik aşkarlanıb

23-08-2023, 10:00 22 dəfə baxılıb

Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik aşkarlanıb


İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən olunub.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik aşkarlanıbBiləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik aşkarlanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi