xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 
  • 10:36 – İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir" 

Qarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLAR

16-08-2023, 13:16 23 dəfə baxılıb

Qarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLAR


Qarabağda sülhə deyil, gərginliyə xidmət edən qüvvələr Rusiya sülhməramlılarını təxribata çəkməyə cəhd ediblər.

Bir qrup terrorçu Rusiyanın Xocalıdakı qərargahının girişini bağlayıblar, hərbçilər cavab olaraq yolu təmizləmək üçün zirehli transportyoru girişə çıxarıblar.

Hadisələri mobil telefonu ilə lentə alan təxribatçı sülhməramlıları gücə əl atmağa təhrik etmək üçün dəridən-qabıqdan çıxıblar.
“Gəlin, keçin maşınımızın üzərindən. Güllələyin. Baxın, sülhməramlılar “Laçın”postu ilə bağlı heç bir şey etmirlər. Amma bizə qarşı güc tətbiq edirlər. Görün onlar necə Qarabağı qoruyur. Əgər maşının üzərindən keçsəniz, sizə baş cür cavab verəcəyik”, - videonu çəkən separatçı sülhməramlıları həm hədələyir, həm də təxribata çəkir.

Yeri gəlmişkən, quldurlar həmişəki kimi “soyqırımı”, “blokada”, “aclıq” və s. kimi uydurma fikirləri də dilə gətirməyi unutmayıblar.

Cəhdlərinin nəticə vermədiyini görən ermənilər “siz artıq göstərirsiniz ki, kimin tərəfindəsiniz”, azərbaycanlıları nəzərdə tutaraq “terrorçuların göstərişlərini yerinə yetirirsiniz” kimi həyasız ifadələr işlədiblər.

Təsəvvür edin ki, bunu dinc Azərbaycan xalqına qarşı bütün vəhşilikləri törətmiş tərəfin müdafiəsinə qalxan dığalar deyir.

Rusiyalı hərbçilər onlardan yolu açmağı tələb etsələr də, bunun faydası olmayıb. Nəticədə sülhməramlılar əlləri ilə maşını kənara çəkiblər. Qarşılığında isə haylar yenə özlərinin əsl xislətini ortaya qoyacaq sözlər dilə gətirib: “Maşına zərər vursanız, yenisini alacaqsınız”.

Rusiya sülhməramlılarının “buna görə sizə nə qədər pul veriblər” sualına, dili pəltək vuran təxribatçı “ayıbdır” deyərək özünə əl qatıb.

Quldurlar bir az da irəli gedərək rus polkovnikə hətta fiziki təzyiq göstərib. Cavabında isə sülhməramlı zabit “əlinizlə mənə toxunmayın” deyib.

Qarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLARQarabağdakı quldurlar ruslarla dalaşdı: “Üstümüzdən keçin” - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi