xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

3 aydı Yunanıstan həbsxanasında saxlanılan soydaşlarımız mediaya müraciət edib (Şok səs yazısı)

30-10-2019, 10:08 49 dəfə baxılıb

3 aydı Yunanıstan həbsxanasında saxlanılan soydaşlarımız mediaya müraciət edib (Şok səs yazısı)

Burda 25 il də saxlaya bilərlər”

Yunanıstan həbsxanasında saxlanılan iki azərbaycanlı soydaşımız Azərbaycan mediasına müraciət edib.

Onlardan biri vatsap vasitəsilə səsli mesaj yollayaraq ölkə jurnalistlərindən yardım istəyib. Yunanıstan həbsxanasında olan şəxslər Neftçala rayonunun Bankə qəsəbəsi sakini Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğludur. Onlar Türkiyəyə işləməyə gediblər. Qardaş ölkədə olarkən onlara İtaliyada işləmək təklif edilib və hətta yüksək məvacib vəd edilib. Gəmi ilə gizli formada İtaliyaya keçmək istəyən soydaşlarımız Yunanıstanda tutulublar və 3 aydı sözügedən ölkədə həbsdədirlər.

Vatsap üzərindən göndərilən səsdə (məhbuslara yaxınları və ailə üzvləri ilə telefon əlaqəsi qurmağa icazə verilir – musavat.com) həbs olunan soydaşımız həbs hekayəsini danışaraq yardım istəyib. O, həbsxanada 25 il qala biləcəyini də istisna etməyib. O, daha sonra aşağıdakıları bildirib: “Qanunu pozmuşuq, bunu bilirik. Amma vəkil belə, tuta bilmirik. Bizə kimsə nəsə demir, hansı aqibətlə qarşılaşacağımızı bilmirik”.

Tutulanlardan birinin xanımı isə söyləyib ki, səfirliyə müraciət etsələr də, hər hansı cavab ala bilmirlər.

Musavat.com həbsdə saxlanılan soydaşımızın səs yazısını təqdim edir və əlaqədar qurumları onların taleyinə biganə qalmamağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi