xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Xankəndidə kafe, restoranların, şadlıq saraylarının fəaliyyətinə məhdudiyyət qoyulur

29-12-2022, 10:29 37 dəfə baxılıb

Xankəndidə kafe, restoranların, şadlıq saraylarının fəaliyyətinə məhdudiyyət qoyulur


Xankəndi-Laçın yolundakı aksiya öz bəhrəsini verməkdədir. Belə ki, Xankəndidəki separatçılar çıxılmaz vəziyyətdə və təşviş içindədirlər. Artıq bu gündən etibarən ictimai-iaşə xidmətlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq ediləcək.

Separatçı rejimin “tətbiq etdiyi hərbi vəziyyətin” tələblərinə uyğun olaraq bu gündən etibarən ictimai-iaşə xidmətlərinin göstərilməsinə məhdudiyyətlər qoymaq qərarına gəlinib.

“Qərar” 29 dekabr 2022-ci il saat 13:00-dan qüvvəyə minir.

Həmin beşbəndlik “qərar”da deyilir ki, ərizəyə uyğun olaraq ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə məhdudiyyətlər müəyyən edilsin.

Məhdudiyyətlərin icrası separatçı rejimin “qurumları”na həvalə edilib.

Onu da qeyd etmək lazımdır ki, aksiya iştirakçıları Qarabağda yaşayan ermənilərə qida daşınması ilə bağlı hər hansı problem yaratmır və istənilən vaxt humanitar yük daşınmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi