xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Oğlum qız qaçırtdığı kəndə getdi, 10 nəfər tərəfindən öldürüldü” - FOTO

13-01-2022, 16:00 176 dəfə baxılıb

“Oğlum qız qaçırtdığı kəndə getdi, 10 nəfər tərəfindən öldürüldü” - FOTO


Ağsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.

Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov “Kriminalqafqaz”a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu Rayon Prokurorluğundan şikayətçi olduğunu bildirib.

O qeyd edib ki, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırıb: “Həmin vaxt müstəntiq gəlib izahat da aldı, qız öz istəyi ilə gəldiyini dedi. Bundan sonra ara sakitləşmişdi, amma kimsə plan qurub ki, oğlum o kəndə gedəndə qətlə yetirsinlər. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik”.
K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: “Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı”.

“Oğlum qız qaçırtdığı kəndə getdi, 10 nəfər tərəfindən öldürüldü” - FOTO


Mərhumun atasının sözlərinə görə, Ağsu Rayon Prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib: “Qalan 9 nəfər azadlıqdadır, amma onlar da həbs edilməli idi. Ağsu Rayon Prokurorluğuna getməkdən artıq bezmişəm. Həmin işi aparan Kamran Ağayev bu cinayətkar dəstəni qoruyur. Onları sudan quru çıxarmaq istəyir. Mən narazılıq edəndə deyir ki, “hara istəyirsən, şikayət et”. Ağsu rayon prokuroru Rəşad Mansurovla Kamran Ağayev əlbir olub bu işi ört-basdır etmək istəyirlər”.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirilib ki, 13 dekabr 2021-ci ildə Ağsu rayonu ərazisində Məmmədkərim Dərgahlının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb: “Orxan Qaçayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmişin qohumu ifadəsində cinayətin törədilməsində Qaçayev Orxan Gülxan oğlunun qohumlarının da iştirak etdiyini bildirib. Bu səbəbdən ifadəsində göstərdiyi şəxslərin həmin cinayət hadisəsində iştirak edib-etməmələrini müəyyən etmək məqsədilə bütün lazımi istintaq hərəkətləri yerinə yetirilməklə yanaşı müvafiq ekspertizalar da təyin edilib.

İstintaqın hazırkı mərhələsində həmin cinayətin Qaçayev Orxan Gülxan oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hazırda Ağsu Rayon Prokurorluğunda cinayət işi üzrə ibtidai istintaqın aparılması davam etdirilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi