xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qaynata 30 yaşlı gəlinini buna görə baltalayıb — Təfərrüat

25-09-2019, 09:50 89 dəfə baxılıb

Qaynata 30 yaşlı gəlinini buna görə baltalayıb — Təfərrüat

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.
Hadisənin təfərrüatları məlum olub.

Cəmilə Məhərrəmovanın yaxınlarının verdiyi məlumata görə, hadisə mülk üstündə baş verib. Belə ki, hadisə baş verən gün Firdovsi Məhərrəmov qızıgilə gedib. O, kürəkəni ilə dava edərək, qızıgilə verdiyi evdən çıxmasını tələb edib. Kürəkəni tərəfindən evdən qovulan qayınata, Cəmilə Məhərrəmovanın yaşadığı ünvana gəlib.
O, buradada eyni söhbəti edərək, oğlugilin evdən çıxmasını istəyib. 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov hamını öldürəcəyini dilə gətirib. Bu zaman Məhərrəmova nar ağacının altında qab yuyurmuş. Bundan şikayətlənən Firdovsi Məhərrəmov suyu ağacın dibinə tökməməsini istəyib. Bu zaman qayınata arxadan balta ilə gəlinini vurub. Mərhumun böyük oğlunun gözü qarşısında Cəmilənin bədəninə 12 zərbə endirən Məhərrəmov, gəlinini sürüyərək evin arxasına aparıb. O, daha sonra polisə gedərək təslim olub.

4 uşaq anası olan Cəmilənin əri heyvandarlıqla məşğul olub. Hadisə baş verən zaman mərhumun həyat yoldaşı evdə olmayıb.
Məlumata görə, Firdovsi Məhərrəmov əvvəllər məhkum olunub. Onun zorlama hadisəsinə görə 10 ilə yaxın həbs cəzası çəkdiyi deyilir. Buna görə 3 ay öncə həbsdən çıxan Məhərrəmovdan yaxınları üz döndərib.

Qeyd edək ki, F.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi