xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Dövlət hər inəyin kilosuna 4 manat 44 qəpik verəcək - fermerlər üsyan edir

7-09-2026, 13:16 4 dəfə baxılıb

Dövlət hər inəyin kilosuna 4 manat 44 qəpik verəcək -  fermerlər üsyan edir


Rusiyanın İrkutsk vilayətində mal-qara arasında yoluxucu düyünlü dermatit şübhəsi ilə heyvanların məhv edilməsinə başlanılıb.

Yerli hakimiyyət orqanları xəstəliyin dəqiq tipinin hələ müəyyənləşdirilmədiyini, laborator analizlərin yekun nəticələrinin gözlənildiyini bildiriblər. Buna baxmayaraq, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatlardan mal-qaranın götürülərək məhv edilməsi həyata keçirilir.

Yerli hakimiyyət infeksiyanın mümkün mənbələrindən biri kimi xırdabuynuzlu mal-qaranın bölgəyə qanunsuz gətirilməsini göstərir.

Məhv edilən heyvanlara görə sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulub. İribuynuzlu mal-qaranın hər kiloqramına 224 rubl (4 manat 44 qəpik), xırdabuynuzlu mal-qaranın hər kiloqramına 307 rubl (6 manat 9 qəpik), donuzların hər kiloqramına isə 190 rubl (3 manat 77 qəpik) ödəniləcəyi bildirilir.

Lakin heyvan sahibləri təklif olunan kompensasiyanın bazar qiymətlərindən aşağı olduğunu bildirərək məbləğlərə etiraz edirlər. Fermerlərin bir qismi heyvanların məhv edilməsindən əvvəl xəstəliyi təsdiqləyən laborator nəticələrin onlara təqdim olunmasını tələb edir.

Düyünlü dermatit əsasən iribuynuzlu mal-qarada rast gəlinən yoluxucu virus xəstəliyidir. Xəstəlik heyvanlarda yüksək hərarət, dəridə düyünlərin yaranması və məhsuldarlığın azalması ilə müşayiət oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi