xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar

Bugün, 10:29 0 dəfə baxılıb

Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar


Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Mikayılov Rüstəm İsmayıl oğlu və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Əşrəfova Səmayə Asif qızının qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqla Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd edilən sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi