xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj

Bugün, 16:00 1 dəfə baxılıb

“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regionda təcrid edilməsinə yönəlmiş düşmən addımlarına seyrçi qalmayacağını bildirib.

Ərdoğan Türkiyənin təmkinli və səbirli mövqeyinin zəiflik kimi qəbul edilməməli olduğunu vurğulayıb.

“Bunu birdəfəlik, açıq və birmənalı şəkildə bəyan etmək istəyirəm: heç kim bizim təmkinli və səbirli mövqeyimizi zəiflik kimi qəbul etməməli və bundan yanlış ümidlərə qapılmamalıdır. Ölkəmizi regionda təcrid etməyə yönəlmiş düşmən addımlarını kənardan seyr etməyəcəyik.

Türkiyə heç bir ölkəyə, cəmiyyətə, dinə və ya mədəniyyətə qarşı deyil və belə bir şey heç vaxt müzakirə mövzusu belə ola bilməz. Lakin Türkiyə bunu kimin etməsindən asılı olmayaraq, hər cür qanunsuzluğa, ədalətsizliyə, zülmə və quldurluğa qarşıdır və bundan sonra da qarşı olacaq”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsinin heç kimə qarşı düşmən münasibəti yoxdur:

“Əksinə, yerləşdiyimiz mürəkkəb coğrafiyada müstəqil, sabit və firavan dövlət kimi yolumuza davam etmək istəyirik. Bu yolun qarşısının kəsilməsinə heç vaxt imkan verməyəcəyik. Ölkəmizin güclənməsindən, regionda sülh və sabitliyin yaradılması istiqamətində səylərindən narahat olanlar bizi dayandıra bilməyəcəklər.

Şübhəniz olmasın: heç kimin tarixin gedişini dəyişdirmək gücü yoxdur. Türkiyə dostlarına əl uzadacaq, doğmalarını qucaqlayacaq və qardaşlarına qovuşacaq. Türkiyə ilə dost olanlar qalib gələcək, düşmənçilik edənlər isə məğlub olacaqlar”.

Ərdoğan İsraillə bağlı da danışıb:

“İsrailin təxribatları və intriqaları nəticəsində başlayan müharibənin əvəzini təkcə İran xalqı və Fars körfəzindəki qardaş ölkələrimiz deyil, birbaşa iştirak edib-etməməsindən asılı olmayaraq hamı ödəyir.

İsrailin yalanları və təxribatları regionumuza çox ehtiyac duyduğu nəfəs dərmək imkanı verə biləcək İslamabad razılaşmasını bir daha pozdu. Sülh üçün ən kiçik fürsəti belə təhlükə kimi görən bu radikal düşüncə dəyişməsə, regionumuzdakı böhranlar fırtınası səngiməyəcək”.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi