xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“3 uşağım var idi, onu sevəndən sonra ailəm dağıldı” – Qətl törətdi, intihar əl atdı – Bakıda

16-09-2019, 13:48 44 dəfə baxılıb

“3 uşağım var idi, onu sevəndən sonra ailəm dağıldı” – Qətl törətdi, intihar əl atdı – Bakıda

Sevgi münasibətində olduğu qadını qətlə yetirən şəxsin məhkəməsi keçirilib.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində Fərhad Abuşov tərəfindən bıçaqlanıb. Kəmalə Mikayılova sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. F.Abuşovla mərhum arasında sevgi münasibəti olub. Kəmalə Mikayılova ayrılmaq istəyərkən Abuşov tərəfindən qətlə yetirilib.

İttihamda göstərilir ki, F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən çoxmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. Abuşov ifadəsində bildirib ki, ilk ailə qurduğu qadından üç uşağı olub: “Kəmalə ilə münasibətim yarandı. Onu sevəndən sonra ailəm dağıldı”.

K.Musayeva ona ayrılmaq istədiyini bildirdiyinə görə aralarında mübahisə yaranıb və ona bıçaq zərbələri vurub.

Məhkəmə araşdırması davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi