xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Biləsuvarda suya görə yolu kəsənlərə 15 sutka cəza verildi

29-07-2021, 11:01 31 dəfə baxılıb

Biləsuvarda suya görə yolu kəsənlərə 15 sutka cəza verildi


Dünən Biləsuvar rayonunda su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edən şəxslərə cəza verilib.

“Qafqazinfo” xəbər verir ki, rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini Rayon İcra Hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək nəqliyyatın hərəkətinə maneə yaradıblar.

Polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib.

Aksiya zamanı 4 nəfər saxlanılıb, onlar barəsində toplanan materiallar Biləsuvar rayon məhkəməsinə göndərilib.

Məhkəməni qərarı ilə İsmayıl Məmmədov İnzibati Xətalar Məcəlləsinin 513-cü (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama), Cəmaləddin Əliyev 535-ci maddələri ilə təqsirli bilinərək hər biri barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Digər iki nəfər isə 510-cu (Xırda xuliqanlıq) maddə ilə 50 manat miqdarında cərimə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi