xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Səhv, qayınanana zarafatı, yoxsa ruhi xəstə... - DİN hansı tədbir gördü?

29-04-2021, 13:03 64 dəfə baxılıb

Səhv, qayınanana zarafatı, yoxsa ruhi xəstə... - DİN hansı tədbir gördü?


Ötən gün sosial şəbəkələrdə yayılan Lənkəranın Yuxarı Nüvədi kəndində 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülər ajiotaj yaradıb.

Dərhal sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yerli icra hakimiyyətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin nümayəndələrinin və digər dövlət qurumlarının yerlərdəki komissiyalarının iştirakı ilə məsələnin araşdırıldığını açıqlayıb.

“Ölkə.az”a daxil olan məlumatda isə 75 yaşlı Girdənaz Qurbanovanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi iddia olunurdu.

Baku TV-nin hadisə yerindən hazırladığı materialda G.Qurbanova və gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığı deyiblər.

Yayılan məlumatlarda gəlinin hamilə olduğu deyilsə də, iki uşaq anası olan R.Qurbanova bunun yalan məlumat olduğunu bildirib. Gəlin hətta "Anamdır, bir zarafatdır edib”, “səhvim olub döyülmüşəm” deməklə kifayətlənib.

Qayınanın dediyinə görə, səhər işə gedib, qayıdanda isə qabların yuyulmadığını görüb və gəlininə qışqırıb. Görüntülərdə olanlar isə zarafatdır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov cəmiyyətdə narahatlıq doğururan görüntülərlə bağlı “Ölkə.az”a danışıb:

“Görüntülərlə bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Hər iki tərəf dəvət olunub, izahatları alınıb, araşdırma aparılıb. Hələlik araşdırma gedir, nətcəsi məlum deyil. Araşdırmanın nəticəsinə uyğun olaraq qanuna müvafiq tədbirlər götüləcək”, - E.Zahidov söyləyib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Yuxarı Nüvədi kəndində qeydə alınan olayda R.Qurbanovanın ailəsinin olmadığı qeyd olunmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi