xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Cəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTO

14-12-2020, 11:14 72 dəfə baxılıb

Cəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTO


10-13 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 müraciət daxil olub.

ANAMA-dan bildirilib ki, daxil olmuş 17 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 40 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 11 ədəd partlamamış hərbi sursat (PHS), 84 ədəd tank əleyhinə mina, 68 ədəd piyada əleyhinə mina və 50 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 137 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Cəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTOCəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTOCəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTOCəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTOCəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTOCəbhəboyu ərazilərdə hərbi sursat, mina və mərmi qalıqları aşkar edildi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi