xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

"WarGonzo"nun təxribatçı jurnalistinə cinayət işi açıldı

12-10-2020, 15:17 57 dəfə baxılıb

"WarGonzo"nun təxribatçı jurnalistinə cinayət işi açıldı


Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan "Ölkə.Az"a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı yayılmış videogörüntülər təhlil edilmişdir.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, Semyon Peqovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən hərbi təcavuz və milli ayrı-seçkiliyin nəticəsi kimi yaradılmış “Artsax” adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər etməsinə, işğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bu cür məzmunlu materialları qeyd olunan internet səhifəsində yaymasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi