xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir

15-09-2020, 12:51 272 dəfə baxılıb

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxının daha bir kəndinin yolu yenidən qurulur

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxı rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində Kələxana kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri aparılır.

Başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrindən götürən yerli əhəmiyyətli Kələxana yolu 4-cü texniki dərəcəli olmaqla, 8 kilometrdir. Yolun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun gəlmirdi, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımalarında çətinliklər yaradırdı.

Sözügedən yolda yenidənquruma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və əraziyə kifayət qədər canlı qüvvə və texnika gətirilib.

Layihə çərçivəsində yolun normativ eninin alınması məqsədilə torpaq yatağının bərpası üçün yararsız qrunt və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə eninin 6-7 metrdən 10 metrədək genişləndirilməsi və profilə salınması işləri aparılır. Asfalt hissəsinin eni 6 metr olmaqla, ümumi eni 10 metrdir. Tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol birləşmələri ilə kəsişmələrdə 9 yeni suötürücü boru qoyulub. Kənd ərazisində sakinlərin istifadəsi üçün hesablanmış əlavə ötürücü boruların qoyulması da nəzərdə tutulur. Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə məsafə göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

Qeyd edək ki, yolun yenidən qurulması 3369 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq. Habelə, əhalinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxışı təmin olunacaq. Yenidənqurma işlərinin dekabr ayınadək başa çatdırılması nəzərdə tutulub.
Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edirHikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edirHikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir
Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxıda 3730 tondan çox şəkər çuğunduru istehsal olunub

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxı rayonunda şəkər çuğunduru yığımı sona çatıb.

Cari mövsümdə 101 hektarda şəkər çuğunduru yetişdirilmişdi. Torpaq mülkiyyətçiləri sahələrdən 3737 ton məhsul götürüblər.

Qeyd edək ki, şəkər çuğundurunun insan orqanizmi üçün böyük müalicəvi əhəmiyyəti onun bazarlarda alıcılarının artmasına səbəb olub. Hazırda yerli bazarlarda bir kiloqramının qiyməti 70-80 qəpikdir ki, bu qiymət istehsalçılar üçün də sərfəlidir.

Şamaxıda 2233 tondan çox kartof istehsal olunub

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 2233,5 ton məhsul götürülüb.

Cari ildə fermerlər və fiziki şəxslər tərəfindən 326 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çox olub. Məhsul istehsalında da 39,8 ton artım qeydə alınıb.

Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə rayonun şimal dağlıq ərazilərində, o cümlədən Qızmeydan, Çuxuryurd, Hacılı və bir sıra digər ərazi dairələrində ailə fermer təsərrüfatları bazarlarda ilboyu yüksək tələbat olan və yaxşı gəlir gətirən kartofçuluğa böyük maraq göstərirlər.

Şamaxı heyvandarları cari ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar

Hikmət Şikarov: İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir


Şamaxı rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və cari ilin ötən səkkiz ayını heyvandarlar uğurlu nəticələrlə başa vurublar.

2020-ci ilin səkkiz ayında diri çəkidə 2759,8 ton ət istehsal olunub. Bu göstərici 2019-cu ilin müvafiq dövründəkindən 69,9 ton çoxdur.

Süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, səkkiz ayda süd istehsalı 2303 ton artaraq 1561,9 tona, yumurta istehsalı 2 milyon 350 min ədəd artaraq 14 milyon 70 min ədədə çatıb.

Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov - Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.

Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi