xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İbrahim Həsənov: Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb

14-09-2020, 16:08 154 dəfə baxılıb

İbrahim Həsənov: Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb


Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı da əhalinin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üzrə çoxsaylı işlər həyata keçirilir.

Növbəti olaraq nazirliyin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra rayonlarda yeni Elektron ATS-lər qurub, nömrə tutumlarını artırıb.

Görülmüş tədbirlər nəticəsində İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni Elektron ATS-lər sakinlərin istifadəsinə verilib.

Bundan başqa Ağdamın Təzəkənd, Qəbələnin Məmmədağalı, Zaqatalanın Gözbarax, Danaçı, Lahıc, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində mövcud EATS-lərin nömrə tutumları artırılıb.

Qeyd edək ki, daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən yararlanmaq imkanının yaradılması üçün işlər davam etdiriləcək.

Ağcabədi Telekommunikasiya Qovşağının rəisi İbrahim Həsənov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İbrahim Həsənovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi Telekommunikasiya Qovşağının rəisi İbrahim Həsənovdur.

Ağcabədi Telekommunikasiya Qovşağının rəisi İbrahim Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İbrahim Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. İbrahim Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İbrahim Həsənovdan danışdılar yaxşı ki, İbrahim Həsənov Ağcabədi Telekommunikasiya Qovşağının rəisidir…İbrahim Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

İbrahim Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İbrahim Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

İbrahim Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İbrahim Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İbrahim Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İbrahim Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İbrahim Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağcabədi Telekommunikasiya Qovşağının rəisi İbrahim Həsənov - Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.
Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi