Hidayət Rüstəmov öz isguzarlığı ilə tanınır və seçilir….
10-09-2020, 12:15
414 dəfə baxılıb
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, “Əməkdar Mühəndis” Hidayət Rüstəmov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.
Hidayət Rüstəmov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, “Əməkdar Mühəndis” Hidayət Rüstəmovdur.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, “Əməkdar Mühəndis” Hidayət Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hidayət Rüstəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hidayət Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Hidayət Rüstəmovdan danışdılar yaxşı ki, Hidayət Rüstəmov “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavinidir… Hidayət Rüstəmov öz isguzarlığı ilə tanınır və seçilir….
Hidayət Rüstəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Hidayət Rüstəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Qədim tarixə malik kəndlərə yeni yol ilə...
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə dövlət başçısının sərəncamına əsasən , 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəüəsini birləşdirəcək yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı. Xüsusən də payıq-qış mövsümündə gediş-gəliş çətinləşirdi. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinin aparılmasına başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə
qaldırılır.
Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri layihə üzrə həyata keçirilir.
Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdəvətəndaşların istifadəsinə veriləcək.
Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Çünki tarix və mədəniyyəti, əsrarəngiz təbiəti ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan sənətkarlıq mərkəzlərindəndir. Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə yaşadan və vahid memarlıq prinsipləri əsasında salınan nadir ərazilərdəndir.
Azərbaycan mədəniyyətinin nümunələrindən sayılan ”Azərbaycan kəlağayısı sənəti” 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına məhz Basqal kəlağayısının timsalında daxil edilmişdir.
Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR