xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub? — YENİLƏNİB + FOTO

28-08-2020, 15:41 899 dəfə baxılıb

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub? — YENİLƏNİB + FOTO


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu haqqında məlumat yayılıb.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Unikal.org-a açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirib:

“Ombudsman fəaliyyətini dondurmayıb. Hətta pandemiya dövründə də onlayn tədbirlərimiz olub.

Ombudsman xaric ölkələrdə Dağlıq Qarabağla bağlı mitinqlərdə də iştirak edib. Tədbirlərimizin keçirilməsi onlayn şəkildə davam edir”.

***

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurub.

Report xəbər verir ki, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür ki, heç bir məlumat yoxdur.
Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin, avqustun 20-dək Ombudsmanın Regional mərkəzləri də, demək olar ki, hər gün müxtəlif mövzuda onlayn görüşlər keçirib. Amma görünən odur ki, hazırda Ombudsmanın və onun regional nümayəndələri fəaliyyətini dondurub. Böyük ehtimalla hazırda Ombudsmanın şəxsən özünün və Milli Preventiv Qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr dayandırılıb, yaxud baş çəkmələr həyata keçirilsə də bu barədə ictimaiyyətə məlumat verilmir.

Mətbuat nümayəndələri dəfələrlə S.Əliyeva ilə əlaqə saxlamağa çalışsalar da, onun telefon zənglərinə cavab vermədiyi və yaxud da həmin nömrələri “blok” siyahısına əlavə etdiyi müşahidə olunub.

Bununla da, karantin qaydalarını kobud şəkildə pozan Müvəkkil özünü ictimaiyyətdən tam təcrid edib.

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub? — YENİLƏNİB + FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi