12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Alı Alıyev: Dövlətimizin atdığı hər bir addım, verdiyi hər bir qərar biz vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür
26-08-2020, 14:45
886 dəfə baxılıb
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev - Müstəqil Azərbaycanın müstəqil LİDERİ
“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”. Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Bildirib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
“Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
Budur, əsl iyasət. Əsl siyasət konkret real iş görməkdən ibarətdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısı son 17 il prezidentlik fəaliyyəti illərində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Məhz bu illər ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın, o cümlədən regionlarımızın siması yeniləşməkdədir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Hər bir Azərbaycan vətəndaşı bu inamla hər il daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.
Çünki ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 17 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: «Mən bütün azərbaycanlıların prezidentiyəm» şüarını gerçəyə çevirir.
Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır və keçirilən müşavirələrdə də məmurları xalqla bir olmağa, xalqın dərd-səri ilə şərik olmağı, məmurların da bu tələbə tam işləri ilə cavab vermələrini tələb edir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Bu isə…
Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Çünki istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil Xalq-İqtidar birliyidir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Və öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider,
qürurla deyərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt Azərbaycan xalqının dövlət rəhbəridir. Çünki Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində dünya səviyyəsində inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Azərbaycanın imzası imzalar içərisində, səsi isə dünya meridianlarında daha ucadan eşidilməkdədir. Bu gün bütün dünyanı lərzəyə gətirən COVİD-19 pandemiyası ilə qlobal mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində nümunəvi dövlətlər sırasında qeyd edilməsi bu reallığı təsdiqləyən faktordur. Məhz dövlət başçımızın avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı da görülən işlərdən, ən əsas isə insanların sağlamlığının və təhlükəsizliyinin dövlətin əsas prioritet olduğunu bildirmişdir. Dövlət başçısı bildirmişdir ki, məhz vaxtında atılan uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, Azrbacan nümunəvi ölkə kimi dəyərlədirilib. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar da Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Bütün bunlar isə “Xalq-İqtidar” – “Biz birlikdə güclüyük!” şüarlarının sözdə yox, əməldə görülən işlərin nəticəsidir.
Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş «Biz birlikdə güclüyük!» adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur. Həmçinin, Azərbaycanın nümunəvi ölkə kimi qəbul edilməsi də, məhz dövlət başçımızın düşünülmüş siyasətinin reallıqlarıdır. Eyni zamanda, Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdən də bir addım geri çəkilmir. Dövlət başçımızın təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcili Zirvə toplantısının keçirilməsi, mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Biz COVID-19-nin əleyhinəyik” mövzusunda Qoşulmama Hərəkatının video konfransların keçirilməsi Azərbaycanın nümunəvi ölkə olduğunun göstəricisidir. Ən başlıca amil isə, cəmiyyətin Prezident ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbənin təmin edilməsinin reallığıdır. Bir sözlə, “Biz birlikdə güclüyük!” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. Bu nümunəni dövlət başçısının vətəndaşlarına həmişə olduğu kimi, bu gün də pandemiya dövründə göstərdiyi qayğı və diqqəti göz önündədir.
Doğma Füzuliyə qayıdacağıq
Füzuli Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun işğal olunmasının 27-ci ildönümünə həsr edilmiş “ Doğma Füzuliyə qayıdacağıq” adlı onlayn şeir müsabiqəsi keçirilib. Rayon məktəbliləri arasında keçirilən müsabiqədə 24 məktəbdən 36 şagird iştirak edib. Şagirdlər formata uyğun olaraq, Füzuli rayonuna həsr olunmuş şeirlər səsləndiriblər. Bu gün artıq müsabiqəyə yekun vurulub. Müsabiqə iştirakçılarından 50 № li tam orta məktəbin XI sinif şagirdi Hacıyeva İlahə İlham qızı, 1№li tam orta məktəbin V sinif şagirdi Əmirli Ayan Kamil qızı, 37№ li ümumi orta məktəbin IX sinif şagirdi Niftəlizadə Leyla Sərraf qızı, Horadiz şəhər 1№li tam orta məktəbin VII sinif şagirdi Zalova Zenfira Elşən qızı təqdim etdikləri şeir parçaları ilə digərlərindən fərqlənmişlər. RiH- də fərqlənən iştirakçılarla görüş keçirilmiş, müsabiqənin maarifləndirici xarakter daşıması, o cümlədən rayonun tarixi, işğalı, işğaldan azad edilmiş ərazilərdə görülən tikinti quruculuq, abadlıq işləri barədə söhbət aparılmışdır. Məktəblilərə Füzuli rayonundan bəhs edən kitablar hədiyyə olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: