xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…

24-08-2020, 15:31 596 dəfə baxılıb

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Muradov - Müstəqil Azərbaycanın müstəqil LİDERİ

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”. Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Bildirib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


“Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”

Budur, əsl iyasət. Əsl siyasət konkret real iş görməkdən ibarətdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısı son 17 il prezidentlik fəaliyyəti illərində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Məhz bu illər ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın, o cümlədən regionlarımızın siması yeniləşməkdədir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Hər bir Azərbaycan vətəndaşı bu inamla hər il daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.

Çünki ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 17 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: «Mən bütün azərbaycanlıların prezidentiyəm» şüarını gerçəyə çevirir.

Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır və keçirilən müşavirələrdə də məmurları xalqla bir olmağa, xalqın dərd-səri ilə şərik olmağı, məmurların da bu tələbə tam işləri ilə cavab vermələrini tələb edir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Bu isə…

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…

Çünki istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil Xalq-İqtidar birliyidir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Və öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider,

qürurla deyərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt Azərbaycan xalqının dövlət rəhbəridir. Çünki Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində dünya səviyyəsində inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Azərbaycanın imzası imzalar içərisində, səsi isə dünya meridianlarında daha ucadan eşidilməkdədir. Bu gün bütün dünyanı lərzəyə gətirən COVİD-19 pandemiyası ilə qlobal mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində nümunəvi dövlətlər sırasında qeyd edilməsi bu reallığı təsdiqləyən faktordur. Məhz dövlət başçımızın avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı da görülən işlərdən, ən əsas isə insanların sağlamlığının və təhlükəsizliyinin dövlətin əsas prioritet olduğunu bildirmişdir. Dövlət başçısı bildirmişdir ki, məhz vaxtında atılan uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, Azrbacan nümunəvi ölkə kimi dəyərlədirilib. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar da Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Bütün bunlar isə “Xalq-İqtidar” – “Biz birlikdə güclüyük!” şüarlarının sözdə yox, əməldə görülən işlərin nəticəsidir.

Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş «Biz birlikdə güclüyük!» adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur. Həmçinin, Azərbaycanın nümunəvi ölkə kimi qəbul edilməsi də, məhz dövlət başçımızın düşünülmüş siyasətinin reallıqlarıdır. Eyni zamanda, Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdən də bir addım geri çəkilmir. Dövlət başçımızın təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcili Zirvə toplantısının keçirilməsi, mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Biz COVID-19-nin əleyhinəyik” mövzusunda Qoşulmama Hərəkatının video konfransların keçirilməsi Azərbaycanın nümunəvi ölkə olduğunun göstəricisidir. Ən başlıca amil isə, cəmiyyətin Prezident ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbənin təmin edilməsinin reallığıdır. Bir sözlə, “Biz birlikdə güclüyük!” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. Bu nümunəni dövlət başçısının vətəndaşlarına həmişə olduğu kimi, bu gün də pandemiya dövründə göstərdiyi qayğı və diqqəti göz önündədir.

Qaradağ rayonunda iməcilik keçirildi

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
COVID-19 koronovirus infeksiyasının yayılması nəticəsində dünyada pandemiya elan etməsinə baxmayaraq, Qaradağ rayonunda yaşıllaşdırma işlərinə böyük diqqət verilir. 22 avqust 2020-ci il tarixində rayonun bütün qəsəbələrində iməciliklər keçirildi, avtomobil magistral yol kənarlarında və qəsəbələrin inzibati ərazilərin salınmış qazonlara, əkilmiş yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. İməcilik zamanı ərazilərdə təmizlik işləri də aparılmış, yol kənarlarında bitmiş kol-koslar vurulmuşdur.
İməcilik iştirakçılarına koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparılmışdır.

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


Məhərrəm ayının başlanması ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı rayonun imamları ilə onlayn görüşdü

Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…


Məhərrəm ayının başlanması ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayonun imamları ilə onlayn görüşü keçirilmişdir.
İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, 21 avqust 2020-ci il tarixində məhərrəm ayının ilk günü daxil olur. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-na təsadüf edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-6 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılmışdır.
Operativ Qərargahın verdiyi qərarlara əsasən mövcud pandemiya dövründə yoluxma riskini artırmamaq üçün karantin rejiminin şərtlərinə uyğun olaraq, qapalı mühitdə insanların bir yerə toplaşması, mərasimlər təşkil etməsi, məscidlərdə, ziyarətgahlarda, digər ibadət yerlərində namaz qılması, kütləvi yürüşlərə çıxması və evlərdə toplaşması yolverilməzdir.
Pandemiya səbəbindən bu məsələyə ciddi yanaşma tək Azərbaycanda deyil bütün dünya üzrədir. İslam dövlətlərində - məscidlərdə, xristian dövlətlərində - kilsələrdə kütləvi tədbirlərin keçirilməsi qadağan olunmuşdur. Bəzi dini ayinlər və Həcc ziyarəti də təxirə düşdü. Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər. Çünki insanlar orda sıx şəkildə iştirak edərək ciddi yoluxmaya səbəb ola bilər.
Hər bir kəs xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edərsə bu virusa qalib gələ bilərik.
Lökbatan məscidinin imamı Hacı Faiq çıxış edərək bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəmlik ayı ilə bağlı müraciət edib. Müraciətdə deyilir ki, “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə təsadüf edir.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli, lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuşdur. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük mənəvi-əxlaqi əhəmiyyət kəsb edir. İmam Hüseyn əleyhissəlamın əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin, Vətən uğrunda şəhadətə hazırlıq ruhunun təcəssümüdür. Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu münasibətlə bütün dindarlarımıza dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyirik.
Bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Aylardır ki koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ölkə rəhbərliyinin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir.
Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilmişdir. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.
Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.
İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyurulduğu kimi: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə, 195).
Dövlətimiz tərəfindən görülən zəruri tədbirlərə böyük önəm və dəyər verən biz, din xadimləri hər zaman olduğu kimi, dövlətimizin yanındayıq və onun xalqımızın rifah və tərəqqisi naminə səylərini dəstəkləyir, fəaliyyətinə rəvac diləyirik. Öz növbəmizdə, pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilmiş bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Ümidvarıq və dualar edirik ki, Allahın izni ilə bu çətin günlər keçəcək, xalqımız yenidən məscidlərdə ibadət etmək, dini ayin və mərasimlərini kütləvi şəkildə yerinə yetirmək lütfünə qovuşacaqdır, inşallah!
Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər zaman hər birimizin mənəvi borcudur. Məhərrəmlik dönəmində də bütün ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərinin, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad edir, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunmasını diləyirik. Vətəni sevmək imandandır. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!
Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilmişdir".
İclası rayon İcra hakimiyyətinin başçısı yekunlaşdıraraq, bildirdi ki, Azərbaycan Respublikanda koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün RİH aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qruplar fəaliyyətlərini gücləndirmiş, insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparırlar. Mobil qrupların apardığı bu işlərdə din xadimlərinin dəstəyinin vacibliyini xüsusi vurğulamışdır.Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…
Nadir Muradov: Xalq-hakimiyyət birliyinin uğurlu nəticəsi…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi