xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ağamir Həşimov öz isguzarlığı ilə tanınır və seçilir - ÖZƏL

12-08-2020, 11:33 887 dəfə baxılıb

Ağamir Həşimov öz isguzarlığı ilə tanınır və seçilir - ÖZƏL


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağamir Həşimovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Baş direktoru Ağamir Həşimovdur.

Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Baş direktoru Ağamir Həşimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ağamir Həşimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ağamir Həşimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ağamir Həşimovdan danışdılar yaxşı ki, Ağamir Həşimov Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Baş direktoru təyin olunub… Ağamir Həşimov öz isguzarlığı ilə tanınır və seçilir….

Ağamir Həşimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ağamir Həşimov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağamir Həşimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Baş direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

1944-cü ildə yaradılmış Zaqafqaziya Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun Azərbaycan filialının bazası əsasında 1947-ci ildə təsis edilmişdir.

Birliyin nəzdində Muğan, Abşeron və Şirvan təcrübə stansiyaları, təcrübə-istehsalat müəssisəsi fəaliyyət göstərir. Birliyin əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir. Elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır:

Respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması;
Torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ qurğuların yaradılması;
Torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması;
Mövcud qurğuların və onların hesabatlarının təkmilləşdirilməsi;
Meliorativ tikintinin səmərəli texnologiyasının işlənib hazarlanması;
Hidromeliorativ sistemlərin və su təsərrüfatı komplekslərinin istismarının mütərəqqi üsullarının işlənilməsi;
Meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının işlənib hazırlanması;
Hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi;
Suvarma rejiminin işlənib hazırlanması;
Su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif təbi-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının işlənilməsi;
Suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin normalaşdırılması;
Su təsərrüfatı obyektlərinin tikilməsi üçün bilgilərin hazırlanması texnologiyasının işlənilməsi.

Birliyin torpaqların meliorasiyası sahəsində əldə edilmiş elmi nailiyyətləri:

quraqlıq zonada torpaqların su-duz rejiminin kompleks şəkildə tənzimlənməsinin elmi əsasları;
şorlaşmış torpaqların əsaslı yuyulması;
daimi üfüqi və şaquli drenaj fonunda şorlaşmış torpaqların yuyulma texnologiyası;
yüksək dərəcədə şorlaşmış ağır mexaniki tərkibli, zəif su sızdırma qabiliyyətinə malik olan torpaqlarda müvəqqəti dayaz drenlərin tətbiqi sxemləri;
kimyəvi meliorantlar tətbiq etməklə şorakət torpaqların yuyulması;
şorakətləşmiş torpaqların meliorasiya texnologiyasının təkmilləşdirilməsi;
təmiz, minerallaşmış, dəniz və maqnitləşdirilmiş sular, həmçinin elektrik cərəyanı tətbiq etməklə şorlaşmış torpaqların yuyulması;
meliorasiya olunmuş torpaqlarda cari və təşkili yuma;
riyazi modelləşdirmə tətbiq etməklə, torpaqlarda su-duz rejiminin proqnozlaşdırılması;
suvarılan torpaqlarda drenajın hesabatı;
yeni drenaj konstruksiyaları;
şaquli drenajın tətbiq olunması üzrə respublika ərazisinin rayonlaşdırılması;
suvarılan torpaqlarda meliorativ rejimlərin formalaşması və üfüqi drenajın tətbiqinin layihə normaları və texniki şərtləri;
hidromeliorativ sistemlərin yenidən qurulması və suqəbuledici qurğuların tətbiqinin əsaslandırılması üçün respublika ərazisinin geofiltrasiya üzrə rayonlaşdırılması.

Birliyin suvarma sahəsində əldə edilmiş elmi nailiyyətləri:

respublikanın təbii-təsərrüfat zonalarında suvarma norması, kənd təsərrüfatı bitkilərinin suvarma norması və suvarma rejiminə görə ərazinin rayonlaşdırılması;
şırım, zolaq, damcı üsulu, müxtəlif suvarıcı ğurğular («Voljanka», «Kuban», DDN, aerozol, sinxron və s.) tətbiq etməklə suvarma texnikası və texnologiyası;
minerallaşmış dəniz və drenaj sularının kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadəsi;
dağlıq və dağətəyi şəraitdə su eroziyası proseslərinin və səth axıntısı intensivliyinin hesabatı üzrə metodik tövsiyələr;
səthi suvarmada irriqasiya eroziyasının proqnozu;
meliorasiya elminin nailiyyətləri əsasında respublika ərazisində kənd təsərrüfatı bitkilərindən proqnozlaşdırılmış məhsul alınması metodikası.

Birliyin hidrotexnika sahəsində əldə edilmiş elmi nailiyyətləri:

çayların sərflərinin nizamlanmasının texniki vasitələri və üsulları;
kompleks təyinatlı suqəbuledici hidrotexniki qurğular;
dağ və dağətəyi çayların sahilqoruyucu qurğuları;
dağ çaylarında suqəbuledici qurğular;
dağ çaylarında suqəbuledici qurğularla əlaqələndirilmiş selə qarşı qurğular;
sel əleyhinə qurğuların istismarına aid təlimat;
meliorativ və hidrotexniki qurğuların özülündə qruntların fiziki-mexaniki xassələri üzrə tövsiyələr;
yarımfunksional əlavəli hidrotexniki betonlar;
üzvi-mineral əlavəli betonlar.

Birliyin hidromeliorativ sistemlərin istismarı, iqtisadiyyatı, tikintinin təşkili və mexanikləşdirilməsi sahəsində əldə edilmiş elmi nailiyyətləri:

müxtəlif drenaj borusu və süzgəc tətbiq etməklə örtülü drenlərin tikilməsi və istismarının mexanikləşdirilməsi;
hidromeliorativ sistemlərin istismarı üzrə normativ sənədlər toplusu (su anbarları, suqəbuledici qurğular, suvarma və kollektor-drenaj sisteminin istismarı üzrə texniki normalar);
meliorasiya olunmuş torpaqların mənimsənilməsinin iqtisadi səmərəliliyinin təyin olunması metodu və onun yüksəldilməsi yolları;
ehtiyatların qiymətləndirilməsi sahəsində su istifadəçiləri ilə münasibətlərin təkmilləşdirilməsi;
meliorasiyanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması metodları;
meliorasiya sahəsində elmi-texniki tərəqqinin iqtisadi əsaslandırılması;
sahə üzrə aqrar istehsalatların aparılmasının normativ-hüquqi sənədləşmələrinin hazırlanması;
respublikada su təsərrüfatı sistemlərinin tikintisi və istismarının ekoloji etibarlılığının yüksəldilməsi üzrə tövsiyələr
və s.

Birlikdə Elmi Şura və doktorantura mövcuddur. Birliyin əməkdaşlarının sayı 258 nəfər təşkil edir. Bunlardan 9 nəfəri elmlər doktoru, 53 nəfəri elmlər namizədi, 196 nəfəri isə mühəndis, texnik, laborant və xidməti işçilərdir. Birliyin fəaliyyəti dövründə 23 elmlər doktoru və 80 elmlər namizədi hazırlanmışdır. Birlik xüsusi proqram üzrə MDB ölkələrindən Özbəkistanın, Ukraynanın, Rusiyanın, Tacikistanın və s. eyni problemlərin həlli üzərində çalışan institutları ilə sıx əlaqədə işləyir. Birliyin 50 cildlik əsərləri, 40 monoqrafiya, 2000 məqalə, istehsalata tətbiq olunan çoxsaylı tövsiyələri çap olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi