xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qağaməli Seyfullayev: Respublikamızın müasir yüksəliş dövrü həmin vaxtdan ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları ilə başlanmışdır

15-04-2020, 11:50 704 dəfə baxılıb

Qağaməli Seyfullayev: Respublikamızın müasir yüksəliş dövrü həmin vaxtdan ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları ilə başlanmışdır


Azərbaycanda istehsal olunan təbii qazının daxili və xarici bazarlara nəqlinin təhlükəsiz və keyfiyyətlə həyata keçirlməsində, onun səmərəli idarə olunmasında, həmçinin texnoloji, metroloji və kommersiya əməliyyatlarının aparılmasında SOCAR-ın «Qaz İxrac» İdarəsinin böyük əməyi vardır.

«Qaz İxrac» İdarəsinin rəisi, Əməkdar mühəndis Qağaməli Seyfullayev Xezerinformasiya.com-a bildirdi ki, İdarənin əsas missiyası təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də onun daxili və xarici bazarlarda satışını təmin etmək məqsədilə qazın qəbulu və nəql sistemləri ilə respublikanın enerji dəhlizinə ötürülməsi üzrə müvafiq normativ qaydalara uyğun texniki, texnoloji, metroloji və kommersiya əməliyyatlarının aparılmasından ibarətdir. İdarə, həmçinin mövsümlə əlaqədar yeraltı qaz anbarlarında qazın tədarükünü, əhali və digər istehlakçıları təbii qazla fasiləsiz və təhlükəsiz, eyni zamanda istehlakçıların təbii qaza artan tələbatını təmin etmək məqsədilə magistral qaz kəmərləri sahələrinin yenidən qurulması, müasirləşdirilməsi istiqamətində də mühüm tədbirlər planını həyata keçirir.

SOCAR- ın rəhbərliyi tərəfindən kollektivimizin üzvlərinin əməyi həmişə yüksək qiymətləndirilir, Fəxri fərmanlar və pul mükafatları ilə mükafatlandırılırlar. Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə «Qaz İxrac» İdarəsinin əməkdaşlarından «Əməkdar mühəndis» fəxri adına layiq görülənlər və «Tərəqqi» medalı ilə təltif edilənlər olmuşdur.

“Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994 - cü il sentyabrın 20 - də imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür. Bu müqavilənin imzalanması nəticəsində ölkəmiz neft - qaz hasilatı sahəsində böyük uğurlar qazanıb. 1994 - cü il sentyabrın 20 - si “Əsrin müqaviləsi” ilə tarixə əbədi həkk olunub. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandıqdan sonra həqiqətən də dünya dövlətlərinin diqqətini ölkəmizə yönəltdi. Ulu öndər Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi: “ Əsrin müqaviləsi” Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq olduğunu nümayiş etdirir. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirir.”

Qağaməli Seyfullayev vurğuladı ki, respublikamızın müasir yüksəliş dövrü həmin vaxtdan ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları ilə başlanmışdır. Azərbaycanın sürətli inkişafına hesablanmış yeni neft strategiyası sonrakı illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi.

Respublikamızda uğurla davam etdirilən uzunmüddətli neft - qaz strategiyası nəinki region, eləcə də dünya üçün böyük əhəmiyyət kəsb edir. Dünya enerji bazarında neft ixracatçısı kimi özünü təsdiq etmiş ölkəmiz son illərdə beynəlxalq qaz tədarükü sisteminə də böyük inamla daxil olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan ən vacib məsələlərdən biridir. Tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan öz üzərinə düşən vəzifələrini ardıcıllıqla və böyük iradə ilə icra edir”.

İdarə rəisi Qağaməli Seyfullayev vurğulamışdır ki, “Qaz İxrac” İdarəsinin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlmək, yeni - yeni uğurların qazanılması üçün var gücü ilə çalışacaqdır.

Bütün bunlar kollektivimizin üzvlərini daha böyük uğurlara nail olmağa və ruh yüksəkliyi ilə işləməyə sövq edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi