xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:30 – Prezident Xocalıya köçən ailənin qonağı oldu - Foto 
  • 10:59 – Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNƏCƏK 
  • 10:19 – Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB 
  • 10:09 – Prezident İlham Əliyev Xankəndidə təmir və bərpadan sonra “Bulud” hotelin açılışında iştirak edib YENİLƏNƏCƏK 

Əliyevin mesajı: Trampın haqq-hesabı…

14-02-2025, 09:00 0 dəfə baxılıb

Əliyevin mesajı: Trampın haqq-hesabı…


Trampın ABŞ-də yenidən hakimiyyətə dönüşü ilə Qərb ölkələrinin liderlərində ciddi narahatlıq hər ötən gün artmaqdadır. Avropa liderləri Trampın siyasi, iqtisadi və müdafiə-təhlükəsizlik sahəsində yürütdüyü siyasətlə bağlı narahatlıqlarını və narazılıqlarını da açıq şəkildə dilə gətirməkdədirlər.

Avropa ölkələri özləri də Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasının tərəfdarı olsa da, Trampın Putinlə danışığınıdan narahat və narazıdırlar. Çünki Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində Ağ Evin yeni administrasiyası ilə Avropa İttifaqının (Aİ) fərqli yanaşması mövcuddur. Bu narahatlıq təkcə, Ukrayna məsələsi ilə bağlı deyil, həm də avropalı liderlərin Trampla olan münasibətindədir.

Bunun səbəblərini isə Azərbaycan Prezidenti İlham Əliyev hələ bir müddət əvvəl Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində detallı şəkildə açıqlayıb.

İlk növbədə Prezident İlham Əliyev Trampın yürüdəcəyi siyasətdən narahat olmadığını və Azərbaycanın özünü rahat hiss etdiyini bəyan edib: “Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur”.

Əksinə, ölkə başçısı qeyd edib ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz və qərəzli yanaşması əlaqələrin korlanmasına xidmət edib.

Tramp hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinə gəldikdə Prezident İlham Əliyev deyib ki, Trampla birgə işləmək üçün müsbət təcrübəmiz mövcuddur: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq. Biz əminik və nikbin fikirdəyik”.

Azərbaycan Prezidenti əlavə edib ki, bu fikirləri Avropa lideri haqqında demək mümkün deyil və bunun da əsaslı səbəbləri var. Bu səbəbdən də Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və ciddi narahatlıq var. “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var.

Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir”, - Prezident İlham Əliyev qeyd edib.

Bu isə o deməkdir ki, Tramp Avropa liderlərindən ABŞ-dəki seçkilər zamanı sərgilədiyi mövqeyə görə, haqq-hesab soracaq. Haqq-hesab zamanı isə artıq gəlib çatıb.

Trampın müttəfiqləri ilə Ukrayna məsələsini müzakirə etmədən və müharibənin həlli ilə bağlı ortaya aydın konsepsiya qoymadan Putinlə danışığa getməsini bu qəbildən hesab etmək olar.

Trampın bu addımı Avropa liderləri arasında təlaşa səbəb olub.

Narahatlıq doğuran digər məqam isə Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna müharibəsinin tənzimləməsi istiqamətində aparılan danışıqlarda hansı statusda çıxış etməsi ilə bağlıdır. Ona görə də Brüssel Moskva ilə danışıqlarda bərabərhüquqlu statusda çıxış etməkdə israr edir. Brüssel danışıqlarda ikinci dərəcəli çıxış etməsini Moskvanın Ukrayna üzərində qələbəsi və növbəti mərhələdə Avropa üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirir. Belə hesab edirlər ki, münaqişə atəşkəs adı altında uzun müddətə dondurulacaq və bu da Avropa üzərində bir “Domokl qılıncı” rolunu oynayacaq.

Növbəti bir məqam isə Qərbin təhlükəsizlik sisteminə ciddi təhdid mənbəyi olan Rusiya ilə konkret tədbirlər planı olmadan Putinlə danışığa gedilməsidir. Brüssel hesab edir ki, bu cür danışıqlar daha çox Kremlin xeyrinədir.

Tramp Avropa liderləri ilə kəskin münasibət fonunda üzərinə götürdüyü missiyanı nə qədər effektiv irəli apara biləcək ya yox, demək çətindir. Amma görünən odur ki, Avropa liderləri ilə təmasdan bacardıqca yayınmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi