Xəstə Diaqnostika Mərkəzinin 5-ci mərtəbəsindən özünü atdı - RƏSMİ
Respublika Diaqnostika Mərkəzi xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə ataraq intihar edən şəxslə bağlı rəsmi məlumat yayıb.
Mərkəzdən Anews.az-a bildirilib ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir: "Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib.Xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı".
<iframe id="aswift_2" name="aswift_2" width="668" height="167" frameborder="0" marginwidth="0" marginheight="0" scrolling="no" allowfullscreen="allowfullscreen" data-mce-fragment="1"></iframe>
"Dünya statistikasına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Gülməmmədov İlkin noyabrın 7-də isə müalicə olunduğu Respublika Diaqnostika Mərkəzində 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.