xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib

16-06-2023, 11:21 42 dəfə baxılıb

Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib


15 İyun - Milli Qurtuluş Günü münasibətilə Göyçay şəhərinin mərkəzində konsert proqramı təşkil edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd olunub ki, bu il Heydər Əliyevin anadan olmasının 100 illiyi, Milli Qurtuluşumuzun isə 30 ili tamam olur.

Son 30 ildə Ümummilli Lider tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilərək Azərbaycan daha da inkişaf edir. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyev strategiyasının uğurlu nəticəsidir.

Konsert rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin və rayon məktəblilərinin ifasında maraqlı proqramla davam edib.

Yolun hər zaman işıqlı, müstəqilliyin əbədi olsun, Qurtuluşun mübarək Azərbaycan!
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib
Göyçayda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib

Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev - Müstəqil Azərbaycanın böyük və həlledici uğurlarının bünövrəsinin başlanğıc tarixini 15 iyun 1993-cü ildən götürsək, yanılmarıq. Otuz ildən artıq müddəti əhatə edən dövlət quruculuğu, iqtisadi dirçəliş kosepsiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda davamlı olaraq inkişaf indikatorlarına malik olan ölkəmizin ötən onilliklərdə əldə etdiyi nailiyyətlər dahi liderin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarının sayəsində mümkün olub. Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Həyata keçirilən tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs sazişi əldə olundu, “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə Konstitusiya qəbul edildi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolu bərpa edildi.

Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı oldu. Azərbaycan iqtisadiyyatını bazar münasibətləri şərtləri əsasında formalaşdıran Ümummilli Lider özəl biznesin, azad sahibkarlıq fəaliyyətinin, özəlləşdirilmə prosesinə xüsusi diqqət ayırdı. Məqsəd ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək idi. Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu.

Ümummilli Liderin hazırladığı neft strategiyası hesabına maliyyə imkanlarımız artdı, əhalinin həyat tərzi yüksəldi.

“Əsrin müqaviləsi” Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.

Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün şaxələndirilmiş neft kəmərlərinin inşası xüsusi düşünülmüş iqtisadi siyasətin istiqamətlərindən biri idi. Bakı-Supsa neft kəməri işə salınmaqla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına da start verildi. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı.

Ümummilli Lider Heydər Əliyev həm də Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Neft gəlirlərinin ədalətli və şəffaf xərclənməsi, gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması da məhz dahi lider Heydər Əliyevin planı idi. Bu məqsədlə o, 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Bütün bu strateji addımlar Azərbaycanın parlaq gələcəyinə qoyulan iqtisadi və siyasi investisiyalar idi. Əsas hədəflərdən biri iqtisadi cəhətdən möhkəmlənərək siyasi meydanda güclənmək və hərbi potensialımızı artırmaq idi. Məqsəd dövlət suverenliyimizi təmin etmək idi.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur”.

1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. Bəli, cavab zərbəsinin vaxtı 2020-ci ilin sentyabrında yetişdi. Ulu Öndər Heydər Əliyev inanırdı ki, siyasi varisi, Prezident cənab İlham Əliyev onun tarixi missiyasını yerinə yetirəcək. O, tarixi müraciətində bildirirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi torpaqlarını işğaldan azad etdi.

Qələbədən sonrakı çıxışında Prezident İlham Əliyev qeyd edirdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".

2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını uğurla davam etdirir, yeni dövrün tələblərinə uyğun olaraq sosial-iqtisadi islahatlar aparır, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Əminliklə söyləmək olar ki, ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələr, iqtisadi islahatlar Azərbaycanı daha da güclü edəcəkdir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi