xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.

29-04-2019, 15:35 214 dəfə baxılıb

“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.



“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib. "Xəbəraz.Az" xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, 20 yanvar küçəsi ev 70, mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu quruma məktub ünvanlayıb və onlardan yardım istəyib.

Şikayətçi məktubunda qeyd edib ki, 24.04.2019-cu il tarixində Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü ünvanında yerləşən “İrşad Electronics” mağazasından “İphone XS Max Space Gray 256 gb” markalı telefon almaq üçün müraciət edib: “Satıcıya bu telefonun 2 sim kartlı (dual) versiyasını istədiyimi bildirdim. O, mənim istəyimə uyğun belə təzə telefon olduğunu bildirdi və öz dediyinə görə açılmamış qutuda telefonu mənə təqdim etdi. Çox tələsdiyim üçün kartla 2849 AZN ödəyib telefonu aldım. Bundan əlavə 20 AZN ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım.Telefonun funksiyalarını yoxlamaq üçün işə salanda gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var. Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb mağazaya getdim, telefonun dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefona rəy vermək üçün texniki servisə aparılmalıdır. Dərhal Xocalı pr. ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim.Telefonu servisə təqdim etdim. Mühəndis əlində müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirdi. O, telefonu dəyişməsinin mümkünsüz olduğunu deyərək bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. Qərara gəldim ki, rəng qopuğunu satıcı və ya servis edib, ya da telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Mənə təzə adı ilə satıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi