12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Xeyrulla Hümbətov: Cavid Qurbanovun rəhbərliyi altında dəmiryolçular bu gün yeniləşmə, yeni texnologiyaları mənimsəmə və sürətli inkişaf dövrünü yaşayırlar
25-10-2019, 11:44
1 213 dəfə baxılıb
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Xeyrulla Hümbətovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatının sədri Xeyrulla Hümbətovdur.
Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatının sədri Xeyrulla Hümbətov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmiryolçular bu gün yeniləşmə, yeni texnologiyaları mənimsəmə və sürətli inkişaf dövrünü yaşayırlar. Ölkəmiz Prezident İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-qərb, Cənub-Qərb nəqliyyat dəhlizlərinin reallaşması böyük gələcək vəd edir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Bütün bu işlərdə gənc dəmiryolçular aktivlik göstərirlər.
-Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanmağa başladı. Partiyanın dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb. 1996-cı il iyun ayının 25-də təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi bizim təşkilatımız öz sıralarında 8 minə yaxın üzvü birləşdirir. Dəmiryolçular Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətlə xidmət edirlər. Çünki onların ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var. O, hakimiyyətdə olduğu bütün dövrlərdə dəmir yolu nəqliyyatının inkişaf etdirilməsinə daim qayğı göstərib.
Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir. Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, dəmir yolu şəbəkəsi də yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Hazırda ölkəmizdə dəmir yolunun inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir.
Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatının sədri Xeyrulla Hümbətov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Xeyrulla Hümbətov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Xeyrulla Hümbətov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatının sədri bu işin müqəddəsliyini qoruyub saxlayır. Xeyrulla Hümbətov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Xeyrulla Hümbətovdan danışdılar. Xeyrulla Hümbətov öz isguzarlığı ilə tanınır və seçilir….
Xeyrulla Hümbətov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Xeyrulla Hümbətov yüksək insanlığı ilə seçilən bir insan və deputatdır!
Xeyrulla Hümbətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Xeyrulla Hümbətov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Xeyrulla Hümbətov özünü doğruldub. Bizdə hörmətli Xeyrulla Hümbətovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: